Direktor vəzifəsinə işə qəbulun vaxtı açıqlandı

XƏBƏR
10:42
22 Aprel 2021
228

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən Sabah.az-a verilən məlumata görə, müsahibə mərhələsində namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.

Aşağıda təqdim edilən müvafiq linklərə daxil olaraq proqram və nümunəvi suallarla tanış ola bilərsiniz:

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallar:

- Peşəkar kompetensiyalar (qanunvericiliyə dair biliklər)

- İdarəetmə bacarıqları

- Dünyagörüşü və şəxsi keyfiyyətlər

Müsahibələrin 4 mərhələdə təşkili nəzərdə tutulur. İlkin mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000-dən çox olan ümumi təhsil müəssissələrində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır.

Xəbər lenti