Bu gün 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən Sabah.az-a bildirilib ki, bu gün keçiriləcək imtahanlarda 8 790 şagirdin iştirakı gözlənilir.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Daha çox