Yas mərasimi yarımçıq dayandırıldı - Fotolar
Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.
Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Daha çox