Rövşən Əkbərov ev dustaqlığına buraxılmadı

XƏBƏR
17:13
20 Aprel 2021
84

Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti