"Acınohur gölü quruyur"
“Bu gün üçün Acınohur gölündə su ehtiyatı yoxdur və qurumağa doğru gedir. Havalar da getdikcə istiləşir və təxminən gölə 80 metrə qalmış bataqlıq əmələ gəlib”.
Sabah.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov feysbukda canlı yayımda bildirib.
O bildirib ki, göldə suyun səviyyəsinin azalmasının əsas səbəbi iqlimlə əlaqəlidir: “Yağış yağan zaman sululuq artır, əksi olduqda isə su azalır”.
Daha çox