Vaksinasiya ilə bağlı son vəziyyət necədir?

XƏBƏR
16:41
20 Aprel 2021
39

Bu gün Azərbaycanda 14 830 doz vaksin vurulub.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 9981 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 4849 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 352 210 doz vaksin vurulub. Bunlardan 899 213-ü birinci mərhələ, 452 997-si isə ikinci mərhələ vaksinasiyadır.

Xəbər lenti