Buraxılış imtahanlarına 2 gün qalıb

XƏBƏR
12:48
20 Aprel 2021
53

Dövlət İmtahan Mərkəzi tərəfindən 22-23 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Sabah.az xəbər verir ki, imtahanlar respublikanın 26 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.

Xəbər lenti