Prezident Hacıqabula getdi - Yenilənib+Video

GÜNDƏM
11:40
20 Aprel 2021
74

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.

Sabah.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.

***

İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışın da iştirak edib.​

Dövlət başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

***

Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.

***

İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

***

Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.

İlham Əliyev tədbirdə iştirak edib.

***

Hacıqabulda 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyası istismara verilib.

İlham Əliyev tədbirdə iştirak edib. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.

***

Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısına məlumat verilib. Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.

Xəbər lenti