Deputatın oğlu yeni vəzifəyə təyin edildi

GÜNDƏM
10:10
20 Aprel 2021
399

Deputat Aqil Abbasın daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Xəbər lenti