Ustanı iş başında cərəyan vurub öldürdü
Aprelin 19-da saat 10 radələrində Qəbələ rayonu ərazisində Yusifov Nəsir Yusif oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabah.az xəbər verir ki, Qəbələ rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Qəbələ yarımstansiyasının ustası Nəsir Yusifovun iş yerində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox