Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - Siyahı
Azərbaycanda mart ayında bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bundan başqa, 2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə edilib.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.
Daha çox