Çində koronavirusdan ölənlərin sayı artır
Çində ötən sutka ərzində yeni tip koronavirusa (COVID-2019) 143 yoluxma, 30 ölüm faktı qeydə alınıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Komitəsi məlumat yayıb. Xəstələrin ümumi sayı isə 80 min 710 nəfərə, ölənlərin sayı isə 3 min 45 nəfərə çatıb. Sağalaraq xəstəxanalardan evə buraxılanların sayı 53 min 793 nəfərdir.
Qeyd edə ki, Çindən başqa, 81 ölkədə 14 mindən çox yoluxma, 330-dan yuxarı ölüm faktı qeydə alınıb.
Daha çox