Prezident Ramiz Həsənovu səfir təyin etdi
13:31
19 Aprel 2021
195Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad edib.
Sabah.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə R.Həsənov Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, R.Həsənov 2008-ci ildən nazir müavini vəzifəsini icra edib.
Daha çox