Siyəzəndə yol qəzası, 3 nəfər öldü

HADİSƏ
09:41
6 Mart 2020
100

Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.

Sabah.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti