Bu yolda tıxac var - Fotolar

ÖLKƏ
09:25
19 Aprel 2021
56

28 May - K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır. Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bu barədə BNA-dan Sabah.az-a məlumat verilib. Bildirilib ki, sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Xəbər lenti