23 yaşlı qızın boğularaq öldürülmüş meyiti tapıldı
Sumqayıtda mənzildən qadın meyiti tapılıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.
Hüquq-mühafizə orqanları mənzillərdən birinə keçirdiyi baxış zamanı qadın meyiti aşkarlayıblar. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızı olduğu məlum olub.
23 yaşlı gəncin boğularaq öldürüldüyü ehtimal edilir və onun ölüm səbəbi aparılan ekspertizadan sonra daha dəqiq məlum olacaq. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox