Aclıq aksiyası keçirən Hüseyn Abdullayevin vəziyyəti ağırlaşıb
Bir neçə gündür vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə aclıq aksiyası keçirir.
Sabah.az xəbər verir ki, H.Abdullayevin vəkili Elçin Sadıqovun sözlərinə görə, dünən müvəkkili ilə görüşü zamanı ona hələ çəkisinin və təzyiqinin yoxlanılmadığını bildirib:
“Kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”.
Daha çox