Ticarət obyektlərində yanğın
Sabirabad rayonunda yanğın hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin lambirindən ibarət tavanı 160 m² sahədə və içərisində olan mallar qismən yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha çox