"İsgəndər Həmidov komadadır, durumu kritikləşib"

ÖLKƏ
14:02
5 Fevral 2020
74

"İsgəndər Həmidovun durumu kirtikdir. Bu vəziyyətdə onun müalicə və ya əməliyyat üçün xaricə aparılması qeyri-mümkündür".

Sabah.az xəbər verir ki, bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla 24 yanvar tarixində komaya düşən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, İsgəndər Həmidovun durumunda heç bir yaxşılaşma yoxdur, əksinə, durumu daha da kirtikləşib:

“Hələ də komadadır. Vəziyyətində heç bir irəliləyiş yoxdur. İsgəndər Həmidov Türkiyədə bir dəfə əməliyyat olunub. Ora aparılması üçün Türkiyədəki həkimlərlə məsləhətləşmələr aparılıb. Ancaq bu vəziyyətdə ora göndərilməsi qeyri-mümkündür”.

Xatırldaq ki, 24 yanvar tarixində təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Hazırda o, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində komadadır və süni tənəffüs aparatına qoşulub.

Xəbər lenti