Məhkəmənin 4 hakimi koronavirusa yoluxdu

GÜNDƏM
13:05
16 Aprel 2021
144

Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsindən faktı təsdiqləyiblər.

Xəbər lenti