Daha bir şəhidimiz dəfn olundu - Fotolar
Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçu Səbuhi Hüseynli dəfn edilib.
Sabah.az "Report"a istinadən xəbər verir ki, şəhidimiz bu gün Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.
Onun 1 övladı yadigar qalıb.
Daha çox