Maşınla evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

XƏBƏR
11:54
16 Aprel 2021
45

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Talalar kənd sakini Etibar İsmayılov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib və digərlərinin sağlamlığı üçün real təhlükə yaradıb.

Həmin şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

E.İsmayılov barəsində Balakən RPŞ-də cinayət işi başlanılıb.

Xəbər lenti