Murad Dadaşov “Xəzər TV” kollektivinə belə təqdim olundu - Video

XƏBƏR
01:35
6 Mart 2020
179

Xalq artisti Murad Dadaşov “Xəzər TV” MMC-ə yeni baş direktor təyin olunub.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Murad Dadaşovu kollektivə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov təqdim edib. Xaliq Məmmədov bildirib ki, “Xəzər TV” MMC-nin təsis paylarının "SOCAR Media" İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb, bununla da ''Xəzər TV'' MMC ''SOCAR media''nın tərkibinə keçib.

Murad Dadaşov isə çıxışında bildirib ki, “Xəzər” televiziyasının uğurlarının daha da artırılması üçün kollektivlə birlikdə bütün səylər ortaya qoyulacaqdır.

Sonda Murad Dadaşov bundan sonrakı işlərdə, işin səmərəliyini artırmaq üçün kollektivə öz tövsiyyələrini verib.

Xəbər lenti