Piyadanı vurub qaçan sürücü saxlanıldı - Foto
09:33
16 Aprel 2021
61Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-2107” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır
Daha çox