ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etdi
ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Sabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sanksiyaya əsasən, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarılmasına qərar verib. Bundan başqa, ABŞ şirkətlərinə Rusiyanın Mərkəzi Bank, Milli Rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən verilən borc öhdəlikli qiymətli kağızlarını birbaşa almağı qadağan edir.
Eyni zamanda, ABŞ “SolarWinds”ə edilən kiberhücumdan Rusiya Xarici Kəşfiyyat Xidmətini məsul hesab etdiyini bildirib.
Həmçinin, ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.
Daha çox