Azərbaycanda uşaqlar arasında piylənmə artır
“Son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmənin artdığı müşahidə olunur”.
Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
O bildirib ki, buna birinci səbəb “fastfood” restoranları və qərb mətbəxinin ölkəyə daxil olmasıdır:
“İkinci səbəb müasir texnologiyaların həyatımıza girişidir. 2019-cu ildə ilkin dispanser qeydiyyatına 1234 nəfər alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır. Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Tendensiya artmağa doğru gedir”.
Nazirlik rəsmisi qeyd edib ki, piylənmə bir çox xəstəliklərə səbəb olur:
"Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.
Daha çox