Bələdiyyə sədri cərimələndi
Bakıda qəsəbələrdən birinin bələdiyyə sədri cərimələnib.
DİN mətbuat xidmətindən Sabha.az-a verilən məlumata görə, aprelin 14-də Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Qobu qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində cərimələnib.
Daha çox