Lukaşenko Putinlə Qarabağı müzakirə etdi

GÜNDƏM
13:53
15 Aprel 2021
76

Bu gün Rusiya dövlət başçısı Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

Sabah.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib. Prezidentlər ikitərəfli gündəliyi müzakirə ediblər.

“Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edilib”,- deyə açıqlamada qeyd olunub.

Tərəflər ikitərəfli gündəliyin bəzi vacib məsələlərini müzakirə ediblər. Telefon danışığı zamanı xüsusilə, Dağlıq Qarabağ nizamlanması mövzusuna da toxunulub.

Xəbər lenti