53 yaşlı qadın evdə yanaraq öldü

HADİSƏ
09:12
15 Aprel 2021
70

Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə Sabah.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti