Boksçumuz erməni rəqibini məğlub etdi

İDMAN
17:01
14 Aprel 2021
73

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

Sabah.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda ermənistanlı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.

Xəbər lenti