Hərbi Qənimətlər Parkına necə getmək olar?

XƏBƏR
16:45
14 Aprel 2021
89

Bakı Nəqliyyat Agentliyi paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb.

BNA-dan Sabah.az-a verilən məlumata görə, sözügedən parka metronun 28 May stansiyasından Əhmədli stansiyası istiqamətində 21 nömrəli avtobusla getmək mümkündür. Həmçinin 28 May stansiyasından C. Naxçıvanski küçəsi istiqamətində 32, Günəşli qəsəbəsi istiqamətində 46, Hövsan qəsəbəsi istiqamətində 175 saylı marşrut avtobusları hərəkət edir.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkına giriş iki manatdır. Bundan əlavə, şəhid ailələri, qazilər və 6 yaşa qədər olan uşaqlar üçün isə pulsuzdur.

Xəbər lenti