Azərbaycan əhalisinin sayı açıqlandı

XƏBƏR
14:50
14 Aprel 2021
83

İlin əvvəlindən ölkə əhalisinin sayı 7 994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Xəbər lenti