Naxçıvanski adına hərbi liseyin 50 illiyi qeyd ediləcək

ÖLKƏ
14:06
14 Aprel 2021
53

Azərbaycan Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti