Daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi
11:07
14 Aprel 2021
193Laçın Rayon Vergilər Şöbəsinin rəisi Fariz Zeynallı 62 yaşında vəfat edib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxub.
F.Zeynallı aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Zeynallı Fariz İsa oğlu 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb.
2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini tutub.
Prezidentin 2009-cu il sərəncamı ilə “Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.

Daha çox