"Onlar anlamırdı ki, Qarabağ bizə torpaqdan daha artıqdır"
“Bu, tamamilə yeni Azərbaycandır, Ermənistan bizi yaxşı tanımayıb. Onlar elə hesab edirdilər ki, 1992-ci ilin Azərbaycanı ilə döyüşürlər. Amma Azərbaycan artıq fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir, motivasiya fərqlidir. Onlar düşünürdülər ki, biz unutmuşuq, zaman keçib, hər kəs yorğun olacaq, heç kəs müharibə istəmir”.
Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Prezidentin sözlərinə görə, bəzən beynəlxalq mediada belə spekulyasiya olub ki, Azərbaycan heç vaxt heç nəyə başlamayacaq, ölkə inkişaf edir, stabilliyə görə heç vaxt risk etmərik, Prezident Əliyev heç vaxt risk etməz: “Lakin onlar başa düşmürdü bizim içimizdə, qəlbimizdə nələr var. Onlar bilmirdi, anlamırdı ki, Qarabağ bizə torpaqdan daha artıq bir şeydir, bizim üçün şərəfdir, taledir, qandır. Buna görə də biz qəhrəmanlıq göstərdik, cəsarət göstərdik, axıradək getdik və heç kəs bizi dayandıra bilmədi. Bizi dayandırmaq üçün müxtəlif tərəflərdən çox cəhdlər oldu. Lakin biz sonadək getdik”.
Daha çox