Evdə qonaqlarla övladına nişan etdiyi aşkarlandı
Zərdabda nişan məclisi aşkar edilib.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Yarməmmədbağı kənd sakini Elman Soltanov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Daha çox