Rəsmi Kremldən “İskəndər”lə bağlı açıqlama

GÜNDƏM
14:21
13 Aprel 2021
257

“Dağlıq Qarabağda “İskəndər-M” raket parçalarının tapılması ilə bağlı mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur”.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Hərbi xətt boyunca yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur”,- deyə Peskov qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etdiyini açıqlayıb.

Xəbər lenti