Toyda iştirak edən 12 nəfər cərimələndi

XƏBƏR
09:23
13 Aprel 2021
47

Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) Aşağı Şamlıq kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan 12 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Xəbər lenti