Məhkəmə Ceyhun Cəfərov barədə qərar verdi

GÜNDƏM
16:56
12 Aprel 2021
116

Binəqədi rayon Məhkəməsində Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Sabah.az xəbər verir ki, keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C.Cəfərovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Xəbər lenti