Evdə 20 nəfərlə övladına nişan etdi - Video
Karantində nişan mərasimi keçirildiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.
Polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Daha çox