Qayınatasının yasına gedən COVID-19 xəstəsi saxlanıldı

XƏBƏR
13:08
12 Aprel 2021
31

Salyan rayonunda qaynatasının yasına gedən aktiv koronavirus xəstəsi aşkar edilərək saxlanılıb.

DİN mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymayıb.

Ə.Ağayev rayon ərazisində qaynatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb. Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib. Onlar 200 manat məbləğində cərimələniblər.

Xəbər lenti