Qəzada yaralanan 3 azyaşlıdan biri öldü - Fotolar

HADİSƏ
11:57
12 Aprel 2021
65

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, rayon Mərkəzi Xəstəxanasının qarşısında “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan 2020-ci il təvəllüdlü Hüseynzadə Bahar Elnur qızı, 2019-cu il təvəllüdlü Hüseynzadə Uğur Seymur oğlu və daha bir azyaşlı müxtəlif bədən xəsarətləri alıblar.

Xəsarət alan azyaşlı B.Hüseynzadə xəstəxanaya aparılarkən yolda ölüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.