Daha bir həkim koronavirusdan vəfat etdi

GÜNDƏM
11:16
12 Aprel 2021
120

44 günlük Vətən müharibəsində iştirak edən həkim koronavirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Qeyd edək ki, S.İsmayılova müharibədə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb mütəxəssislərindən olub.