30-dan çox qonaqla qızına nişan etdi

XƏBƏR
10:00
12 Aprel 2021
190

Balakəndə nişan mərasimi keçirildiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sabah.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.