“Şuşa” restoranında da toy keçirildi - Video

ÖLKƏ
09:20
12 Aprel 2021
182

Bakının Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən “Şuşa” restoranında toy mərasiminin keçirilməsi aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcək.

Xəbər lenti