Bakıda üzərinə qapı düşən körpə öldü

HADİSƏ
17:55
10 Aprel 2021
125

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti