Üç koronavirus xəstəsinə cinayət işi açıldı - Video

GÜNDƏM
15:45
10 Aprel 2021
61

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslərdən 3-cü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində isə istintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti