Nazir polkovnik-leytenantı xidmətdən qovdu

GÜNDƏM
12:33
10 Aprel 2021
307

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

Xəbər lenti