Kürdə batanlardan birinin meyiti tapıldı - Yenilənib
Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.
Bu barədə Sabah.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edək ki, ötən gün FHN-in “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
FHN-dən verilən məlumata görə, bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir.
Daha çox