“Hərbi əsirlərlə bağlı xəbər təxribat idi” - Rüstəm Muradov
“Hərbi əsirlərin qaytarılacağı ilə bağlı xəbər təxribat idi” .
Sabah.az xəbər verir ki, bunu Azəbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov “Hraparak”a müsahibəsində bildirib.
Jurnalist ondan Ermənistan rəsmilərinin məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsinin səbəbini soruşub. O da “Yalan və təxribatdır. Onlardan soruşun. Əhalini çaşdırırlar”, -deyə cavab verib.
R.Muradov deyib ki, “əsirlər”in qaytarılması planlaşdırılmamışdı, belə ki, bu, işgüzar səfər olub.
Qeyd edək ki, Ermənistan hakimiyyəti Yerevandan Bakıya əsirləri gətirmək üçün təyyar yollandığını və geri boş qayıtdığı barədə məlumat yaymışdı. Aprelin 8-dən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda döyüş zaman əsir və girov düşdüyü iddia olunana hərbçilərin qohumlarının aksiyası keçirilir.
Daha çox